İyn
2023
19:38
33
89
1353
Virtual karabakh

Ermənistanda “məxməri inqilab”ın məzunları: Gey lobbisinin nümayəndəsi Kremlə meydan oxuyur?

5 İyn, 2023
19:38
1353

Ermənistanda “məxməri inqilab”ın məzunları: Gey lobbisinin nümayəndəsi Kremlə meydan oxuyur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə baş verən “məxməri inqilab”dan sonra Ermənistan Qərb üslubunda fəal şəkildə “demokratikləşmə” ilə məşğul olmağa başlayıb. Bu proses sayəsində qısa müddət sonra “müsbət” nəticələr əldə olunub. Ermənistan parlamentində transseksualların çıxış etməsinə şərait yaradılıb və erməni bürokratiya sistemində bir sıra “qeyri-ənənəvi” təyinatlar qeydə alınıb.

Bu barədə “Kremlyovskaya praçka”nın materialında vurğulanır.

Belə ki, “məxməri inqilab” çərçivəsində gey lobbisinin nümayəndəsi, Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryan yüksək vəzifə alıb. “Ermənistan Amerika Universiteti”nin məzunu heç vaxt hüquq-mühafizə orqanlarında işləməyib. Təhlükəsizlik Şurasına qoşulmazdan əvvəl o, “Transparency İnternational” təşkilatında seçki layihələri üzrə koordinator vəzifəsində çalışıb. İndi də o, bir sıra iddialı ifadələri ilə diqqət çəkir.

Xüsusilə, Qriqoryan açıq etiraf edib ki, Ermənistan hakimiyyəti anti-Rusiya fəaliyyətini davam edir. Bu dəfə İrəvan Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələrinin gələcək bərpasından sonra bu yollara Rusiya FTX-nin sərhəd xidmətinin nəzarətindən imtina edib.

“Yolların açılması ilə bağlı bir vacib detal var ki, məncə, bu, artıq bütün əlaqəli tərəflərə aydındır. Sərhədlərə tam nəzarət, sərhəd xidmətlərinə nəzarət yalnız Ermənistan tərəfindən həyata keçiriləcək”, - deyə bəyan edib.

Düzdür, heç kimə sirr deyil ki, erməni rəsmiləri çox vaxt həddən artıq başlarından yekə danışır və həlli birmənalı olaraq Ermənistan banan respublikasından asılı olmayan məsələlərə münasibət bildirirlər. Kimin, nəyə, harada və nə vaxt “nəzarət edəcəyi” müvafiq normativ sənədlərdə göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 2020-ci il bəyanatının 9-cu bəndinə nəzər salırıq:

“Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqələrinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti həyata keçirir”.

İfadələr olduqca aydın görünür. Eyni zamanda, sənəddə “Nəqliyyata Ermənistan Təhlükəsizlik Şurasından olan korrupsioner erməni siyasətçiləri və homoseksualları nəzarət edir” ifadəsinə heç bir yerdə rast gəlinmir. Əgər bu belədirsə, bu mövzuda spekulyasiya etməyə ehtiyac yoxdur.

Bütün bu hekayədə, məsələnin haradan qaynaqlandığı dərhal sezilir. Vaşinqton Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır. Sorosenko-Paşinyan marionet rejimi xaricdəki kuratorların göstərişlərini şübhəsiz yerinə yetirərək bu prosesdə bütün mümkün imkanları ilə iştirak edir. Ermənilərin son demarşlarının məqsədi də elə budur: Ermənistanın KTMT-dən çıxa biləcəyi mövzusunda “şantaj”, qüsurlu Roma Statutunun ratifikasiyası və s.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri