May
2015
16:02
114
49
4400
Virtual karabakh

Böyük Britaniyanaın gözlədiyi körpə doğuldu

2 May, 2015
16:02
4400

Böyük Britaniyanaın gözlədiyi körpə doğuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doğuşda şahzadə özü də iştirak edib.

Cambridge hersoginiyası Kate Middleton və Cambridge hersoqu şahzadə Williamın ikinci övladı dünyaya gəlib. 

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Uilyamın ikinci övladı bir neçə dəqiqə öncə dünyaya gəlib. 

Kral sarayından verilən məlumata görə, Keyt Midelton qız övladı dünyaya gətirib. Hələlik körpə barədə ətraflı məlumat verilməyib. 

Kembrinc hersoqiniyası bu gün səhər saatalarında doğuş üçün xəsətəxanaya aparılmışdı. 

Qeyd edək ki, körpənin cinsi və adı ilə bağlı aylardır ciddi müzakirələr gedib, hətta mərc belə qoyulub. Çoxları onun qız olacağını gözləyirdi. Körpə taxt-tacın 4-cü varisi olacaq. 

Keyt Midelton və şahzadə Uilyamın ilk övladı 2013-cü il iyul ayının 22-də doğulub. Onların Corc adlı oğlanları var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri