12 
May
2015
11:00
9
54
3366
Virtual karabakh

Pikassonun əsəri hərracda rekord qiymətə satıldı – FOTO

12 May, 2015
11:00
3366

Pikassonun əsəri hərracda rekord qiymətə satıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

179 milyon dollar.

Pikassonun “Əlcəzair qadınları (Versiya O”) əsəri Christie's hərracında 179 milyon dollara satılıb.

Bu barədə mayın 11-də Reuters agentliyi hərrac evinə istinadən bildirib, Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.

Əsərin ilkin qiyməti 140 milyon dollar olub, amma telefon ilə qiymət bildirən bir neçə namizəd qiyməti 160 milyon dollara qədər qaldırıblar. 

Christie's hərrac evinin komisyonları da daxil olmaqla (bu, qiymətin 12 faizidir) yekun qiymət 179 milyon 365 min dollardan ibarət olub.  

1955-ci ildə çəkilən əsər “Keçmişə doğru baxış” hərracı çərçivəsində satılıb. Keçən dəfə o, 1997-ci ildə Viktor və Salli Qantsın kolleksiyasından satışa çıxarılıb və 31,9 milyon dollara satılıb. Qants cütlüyü 1956-cı ildə onu rəssamın özündən 212,5 min dollara əldə ediblər.  

Ejen Delakruanın eyniadlı əsərindən riqqətə gələrək yaradılan bu əsərdə, bir qrup kurtizan qadın təsvir edilib. Pikasso “Ərəb qadınları”nda 15 ommaj (bənzətmə) versiyası təsvir edib. Bu əsərlərin hər birini A-dan O-ya qədər əlifba hərfləri ilə qeyd edib. Christie's nümayəndəsi Bretta Qorvinin sözlərinə görə, final “O versiyası” seriyanın ən gözəl əsəridir.  

Daha öncə hərracda satılan ən bahalı əsər Frensiz Bekonun “Lüsyen Freydin portretinə üç cizgi” triptixi idi. O, Christie's-da 2013-cü ildə 142 milyon dollara satılıb.

Satışlarda daha bir rekord isə Alberto Cakomettinin 1947-ci ildə yaradılan “İşarə edən adam” heykəli olub. O, hərracda satılan ən bahalı heykəl olub. Onun qiyməti 141,3 milyon dollar olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri