22 
Sen
2023
17:12
13
145
592
Virtual karabakh

Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” - FOTO

22 Sen, 2023
17:12
592

Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güney azərbaycanlı fəal və rəqs müəllimi Peyman İbrahiminin ailəsi onun vəziyyəti ilə bağlı məhkəmə orqanlarından heç bir məlumat ala bilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı fəalın bacısı Həcər İbrahimiyə istinadla xəbər verib.

Onun sözlərinə görə, Peymanın həbsindən 25 gün keçsə də, barəsində hələ də heç bir məlumatları yoxdur.

“Anam və digər ailə üzvlərimiz Təbriz şəhərinin ədliyyə və prokurorluq orqanlarına qardaşımın məhkəmə prosesini izləmək üçün saysız müraciətlər ediblər, lakin hələ ki, hər hansı bir nəticə yoxdur”, - deyə o bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri