12 
Okt
2023
23:41
78
3
3083
Virtual karabakh

“Formula-1”in sabiq prezidenti məhkəmədə təqsirini etiraf etdi

12 Okt, 2023
23:41
3083

“Formula-1”in sabiq prezidenti məhkəmədə təqsirini etiraf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1”in sabiq prezidenti Berni Ekklstoun Londonda Sautuark Kral Məhkəməsində keçirilən dinləmə zamanı dələduzluq əməllərini etiraf edib.

Məlum olub ki, avtomobil çempionatının 92 yaşlı sabiq rəhbəri vergi xidmətinə mövcud vəsaiti barədə yalan məlumat verib. O, Sinqapurda trast hesablarında olan 472 milyon avroluq aktivlərini bəyan etmədiyini deyib.

Qeyd edək ki, 2022-ci ildə Ekklstoun Vergi və Gömrük İdarəsinin araşdırmasından sonra fırıldaqçılıqda ittiham olunub. Həmin vaxt o, ittihamı qəbul etməmişdi.

Ekklstoun “Formula-1”ə 40 il rəhbərlik edib və bu postu 2017-ci ilin yanvarında tərk edib.

Mənbə: Sky Sports

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri