21 
Noy
2023
08:58
8
156
1454
Virtual karabakh

Türkiyədə qasırğa nəticəsində doqquz nəfər ölüb - FOTO

21 Noy, 2023
08:58
1454

Türkiyədə qasırğa nəticəsində doqquz nəfər ölüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 18 və 19-da Türkiyədə qasırğa və güclü yağışlar zamanı doqquz nəfər həlak olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Dünən demək olar ki, bütün ölkəni əhatə edən leysan yağışları, sel və qasırğa nəticəsində doqquz vətəndaşımız həlak olub, 52 nəfər yaralanıb, 11 nəfər itkin düşüb”, - Ərdoğan “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, pis hava şəraitinin nəticələrinin aradan qaldırılmasına fövqəladə hallar departamentinin, sahil mühafizəsinin və digər strukturların yeddi min əməkdaşı cəlb olunub, onların səyləri ilə 110 nəfər xilas edilib. Prezident bildirib ki, batmış yük gəmisindən 11 dənizçinin axtarışı davam edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri