İyl
2015
16:32
98
42
4738
Virtual karabakh

Yəmən döyüşçüləri Səudiyyə Ərəbistanının tankını partlatdılar – VİDEO

Fransa istehsalı olan AMX-30.

Səudiyyə Ərəbistanı və Yəmənin sərhədlərində yəmənlilərin kiçik dəstələri səudiyyə qoşunlarına qarşı kiçik, amma effektli reydləri davam etdirirlər.

Oxu.Az xəbər verir ki, Yəmənin “Əl-Məsirə” telekanalının nümayiş etdirdiyi yeni videoda Səudiyyə Ərəbistanına məxsus, Fransa istehsalı olan AMX-30 tipli tanklar zərbə altına düşüb.

Döyüşçülərin kiçik bir qrupunun hücumu nəticəsində tanklardan biri vurulur və məhv edilir, digəri isə ələ keçirilib partladılır.

Bundan başqa, yəmənlilərin Səudiyyə Ərəbistanı qoşunlarının mövqelərinə hücumlarını əks etdirən digər bir video da yayılıb.

Uçan raketin izindən onun Rusiya istehsalı olan “Metis” tank əleyhinə idarə olunan raket (TƏİR) olduğunu güman etmək olar.

Hədəfin isə LAV-25 yaxud Bradley markalı piyadaların döyüş maşınlarından biri olduğu ehtimal edilir.  

Həmin görüntüləri təqdim edirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri