Okt
2015
23:54
195
46
6334
Virtual karabakh

Rusiya Azərbaycanda hərbi baza tikməyəcək

3 Okt, 2015
23:54
6334

Rusiya Azərbaycanda hərbi baza tikməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Məqsədəuyğun hesab etmir".

Rusiya Qəbələdəki "Daryal" radiolokasiya stansiyasının yerində "Voronej" tipli yeni RLS tikməyəcək və xaricdə belə sistemlərin qurulmasını məqsədəuyğun saymır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin 15-ci ordusunun (xüsusi təyinatlı) qərargah rəisi, general mayor Anatoli Nesteçuk bildirib.

"Hesab edirəm ki, milli sistemlər Rusiya ərazisində yerləşməli və qoyulan tapşırıqları zəmanətlə yerinə yetirməlidirlər", - deyə, Nesteçuk RSN radiostansiyasında "Genştab" proqramında Rusiyanın Azərbaycanın Qəbələ rayonunda istismarı başa çatmış "Daryal" stansiyasının əvəzinə "Voronej" RLS tikib-tikməyəcəyi barədə sualı cavablandırarkən bildirib.

Bu gün Rusiyadan kənarda Qazaxıstanda "Dnepr" RLS, Belorusda "Volqa" RLS yerləşir, o, xatırladıb.

"Lakin bu gün həmin strateji istiqamətlərdə yerləşən stansiyaları əvəzləmək üçün də kifayət qədər imkanlarımız var", - deyə, Nesteçuk bildirib.

Qeyd edək ki, guya Rusiyanın Azərbaycanda hərbi baza tikməyi planlaşdırması barədə xəbəri bu ölkənin hərbi-vətənpərvərlik telekanalı "Zvezda"nın rəsmi saytı yaymışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri