15 
İyn
2018
18:01
130
101
8567
Virtual karabakh

DÇ-2018: Uruqvay və Misir matçında dramatik sonluq – YENİLƏNİB + VİDEO

15 İyn, 2018
18:01
8567

DÇ-2018: Uruqvay və Misir matçında dramatik sonluq – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, Yekaterinburq şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Uruqvay və Misir yığması üz-üzə gəlib.

Matç Cənubi Amerika təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 89-cu dəqiqədə Xose Ximenes vurub.

Xatırladaq ki, bu qrupun ötən gün keçirilən digər qarşılaşmasında isə Rusiya Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub etmişdi.

16.48

Rusiyada futbol üzrə dünya çempionatı davam edir. Çempionatın ikinci günündə 3 oyun keçiriləcək.

Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, hazırda A qrupunda Misir və Uruqvay yığmaları arasında oyun gedir.

Digər oyunlar isə saat 19:00-da B qrupu üzrə Mərakeş - İran, saat 22:00-da isə Portuqaliya - İspaniya arasında baş tutacaq.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər DÇ-2018 xəbərləri