16 
İyn
2018
23:09
211
39
4189
Virtual karabakh

Dünya çempionatına qatılmaq üçün yeddi ölkədən keçdi

16 İyn, 2018
23:09
4189

Dünya çempionatına qatılmaq üçün yeddi ölkədən keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransız bloqer Kapitane Remi ölkəsinin komandasını dəstəkləmək və iki gün öncə baş tutan FIFA-2018 dünya kubokuna qatılmaq üçün Parisdən Moskvaya qədər avtostopla gedib.

Oxu.Az xəbər verir ki, Remi yeddi ölkədən keçən yolunu və təəssüratlarını “Sputnik”lə bölüşüb.

O, Kazandakı ilk oyunu izləmək üçün avtostopla kilometrlərlə yol qət edib.

Remi səyahətindən danışarkən bildirib ki, onun üçün dayanan ilk maşın Sovet istehsalı “Lada” olub. O, rus maşınına minməsini “taleyin bir işarəti” adlandırıb.

Fransız bloqer yeddi günlük səyahəti boyunca 3200 km yol getməli olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri