22 
İyn
2018
20:54
331
29
6248
Virtual karabakh

Nigeriya millisi islandlara heç bir şans vermədi - VİDEO

22 İyn, 2018
20:54
6248

Nigeriya millisi islandlara heç bir şans vermədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, “Volqoqrad” arenada  “D” qrupunun ikinci turunun son matçı yekunlaşıb.

Nigeriya millisi İslandiya yığması ilə münasibətlərinə aydınlıq gətirməyə çalışıb. 

Matç 2:0 hesabı ilə Nigeriya millisinin xeyrinə başa çatıb.

Oyunun 48-ci dəqiqəsində nigeriyalılar gözəl hücum quraraq, hesabı açıblar. İnanılmaz çevikliyi ilə seçilən Əhməd Musa möhtəşəm zərbə ilə qapıçıya heç bir şans verməyib.

74-cü dəqiqədə Əhməd Musa cərimə meydançasında müdafiəçiləri və qapıçını  dolayaraq, dublunu rəsmiləşdirib. 

81-ci dəqiqədə VAR sistemi ilə təkrar video baxışdan sonra hakim Nigeriyanın qapısına penalti təyin edib. Siqurdsonun vurduğu zərbə çərçivəyə yol tapmayıb.

F.M.
www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri