16 
İyl
2018
20:47
108
41
3669
Virtual karabakh

Paris metrosu DÇ-də qələbəni orijinal tərzdə qeyd etdi

16 İyl, 2018
20:47
3669

Paris metrosu DÇ-də qələbəni orijinal tərzdə qeyd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun bir neçə stansiyasının adları dəyişdirilib.

Oxu.Az “Le Parisien” nəşrinə istinadla bildirir ki, Paris metrosunun altı stansiyasının adlarına dəyişiklik edilib. Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.

Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.

Xatırladaq ki, iyulun 15-də keçirilən final matçında 4:2 hesabı ilə Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə, 1998-ci ildən isə birinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri