“Cavanşir Məmmədovla axırıncı dəfə bir həftə öncə toyda görüşmüşdük”.
Bunu Oxu.Az-a açıqlamasında teleaparıcı Hacı Nuran deyib.
O bildirib ki, mərhum daim mətbuatda qalmaqalla gündəmə gəlib:
“Mətbuatda oxuyurduq ki, bir gün məhkəməyə gedib, bir gün kəmərsiz maşın idarə edib. Ürəyində də stent var idi, Allah rəhmət eləsin, böyük sənətçimizi itirmişik”.
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Rövşən Əsədov