“Beşiktaş” klubunun prezidenti Sergen Yalçınla danışıqlara başladıqlarını bildirib.
Məlumata görə, bu mövsüm fiasko yaşayan “Beşiktaş” klubu yenidən Sergen Yalçını baş məşqçi postuna gətirmək istəyir.
“Qara qartallar”ın prezidenti Hasan Arat hazırda əsas namizədin Sergen Yalçın olduğunu açıqlayıb.
“Xarici məşqçilərlə görüşmüşük, amma yerli məşqçilərdən yalnız Sergen Yalçınla çalışmaq istəyirik”
Qeyd edək ki, Sergen Yalçın isə daha öncəki mətbuat konfransında “Beşiktaş” klubunun rəsmilərindən incidiyini və komandaya qayıtmayacağını demişdi.
Mənbə: Ntvspor.net