Mar
2017
09:56
82
258
44314
Virtual karabakh

Bakıda qeyri-adi avtomobil nömrəsi – VİDEO

4 Mar, 2017
09:56
44314

Bakıda qeyri-adi avtomobil nömrəsi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülərdən biri avtomobilinin dövlət nömrə nişanını qanunsuz şəkildə dəyişdirib. 

Oxu.Az xəzərxəbər-ə istinadən məlumat verir ki, daha dəqiq desək, rəqəmlər və hərflərin üzərində oynayaraq öz adına uyğunlaşdırıb. 

Bəs belə sürücüləri qanunla hansı cəza gözləyir?

Sürücü avtomobilin nömrəsini adı ilə əvəz edib. Dövlət nömrə nişanındakı rəqəmləri özbaşına dəyişib. Avtoxuliqanların şou və dəbdəbə istəyi sərhəd tanımır. Son zamanlar avtomobilin dövlət nömrə nişanını qanunsuz olaraq adlarla əvəz etmək sanki dəbə çevrilib. Belələrindən biri kameralara tuş gəlib.

Bu sürücünün etdiyi dəyişikliklər ciddi qanun pozuntusu olsa da, bununla bağlı ciddi tədbir görülmədiyindən paytaxtın mərkəzi küçələrində rahat şəkildə avtomobilini idarə edir.

Görənləri təəccübləndirən və heç bir yerdə qeydiyyatda olmayan belə nömrə sahiblərinin digər xəta zamanı və hansısa bir qəza törətdikdə necə cəzalandırılacağı sual doğurur.

Məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunvericiliyə əsasən, Azərbaycanda bu cür nömrələr verilmir.

Kamran Əliyevin sözlərinə görə, adətən, belə nömrələr xarici tranzit maşınlarda olur. Həmin nömrələrin üzərində də aid olduğu ölkənin simvolları olur. Bu avtomobildəki nömrədə isə hansısa bir dövlətin qeydiyyat nişanına aid simvol yoxdur.

Belə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanılır, texniki sənədindəki nömrə nişanı ilə faktiki üzərində olan nömrəsi üst-üstə düşmədikdə, avtomobil cərimə meydançasına aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri