30 
Mar
2017
10:24
163
23
5036
Virtual karabakh

Ağstafa sakini velosipedə mühərrik quraşdırıb – VİDEO

30 Mar, 2017
10:24
5036

Ağstafa sakini velosipedə mühərrik quraşdırıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa sakini velosipedin pedallarını sökərək əvəzinə mühərrik quraşdırıb. 

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, velosiped 1 litr benzinlə 40 km yol gedir.

Maraqlı ideya Ağstafanın Köçəskər kənd sakini Rəhman Quliyevə məxsusdur. İstifadə etdiyi velosipedin pedallarını sökərək, əvəzində odun kəsən mişar motoru yerləşdirən Rəhman Quliyev minik vasitəsini indi bu cür idarə edir.

27 yaşlı gənc deyir ki, velosipedə mühərrikin quraşdırılmasına cəmi 1 gün vaxt sərf edib. Minik vasitəsinin hərəkətə gətirilməsi üçün ona karbürator, benzin çəni və lazım olan digər avadanlıqlar da əlavə olunub.

Sahibinin dediyinə görə, velosiped saatda 60 km sürətlə hərəkət edə bilir. 1 litr benzinlə 30-40 km-ə qədər yol qət etmək mümkündür.

 
İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri