25 
Apr
2017
10:41
11
106
1710
Virtual karabakh

Bakının mərkəzində 4 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – SİYAHI

25 Apr, 2017
10:41
1710

Bakının mərkəzində 4 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

4 küçədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində, bu gün səhər saat 11:00-dan etibarən Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər saat 22:00-dan etibarən isə Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri