16 
May
2017
10:33
55
197
34640
Virtual karabakh

Bakıda restoran sahibinin gecə yarışları: Avtomobil parçalandı - FOTO – VİDEO + YENİLƏNİB

16 May, 2017
10:33
34640

Bakıda restoran sahibinin gecə yarışları: Avtomobil parçalandı - FOTO – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi “BMW X5” markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Neftçilər prospektində “Range Rover” markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

Qeyd edək ki, Ş.Şükürov “Salam Aleykum” restoranının sahibidir.

08:53

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb.
 
BMW markalı avtomobil dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri