25 
May
2017
12:29
8
89
2818
Virtual karabakh

Bakının mərkəz küçələrinin birində hərəkət məhdudlaşdırılıb – XƏRİTƏ

25 May, 2017
12:29
2818

Bakının mərkəz küçələrinin birində hərəkət məhdudlaşdırılıb – XƏRİTƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissəsi müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə avtonəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissəsi ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri