20 
İyn
2017
14:58
117
85
7819
Virtual karabakh

Nigarla DYP arasında gərginlik sona çatdı

20 İyn, 2017
14:58
7819

Nigarla DYP arasında gərginlik sona çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision 2011” qalibi Nigar Camalla Bakı şəhər Dövlət Yol Polisi İdarəsi arasında yaşanan gərginlik sona çatıb. 

Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bunu müğənninin özü bildirib. 

Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib: “Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm”. 

Qeyd edək ki, ötən gün sənətçi "Axır zamanlar çox qudurublar” deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi. 

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövzu ilə bağlı araşdırma aparıldığını bildirmişdi. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri