24 
İyl
2017
08:45
10
136
4436
Virtual karabakh

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb: Ölənlər var

24 İyl, 2017
08:45
4436

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Stavropol əyalətində baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 22-si Budennovski rayonunda baş verib.

Stavropol istiqamətində hərəkətdə olan mikroavtobusun yolda təkəri buraxıb və sürücü idarəetməni itirərək avtobusu yol kənarına çıxarıb və o, aşıb.

Yol qəzası nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Mikroavtobusda rusiyalılardan savayı daha iki Azərbaycan vətəndaşı, həmçinin sürücü özü azərbaycanlı olub.

Polisin məlumatına görə, sürücü indiyə kimi yol hərəkəti qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunmayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri