23 
Avq
2017
16:15
31
193
9143
Virtual karabakh

Kamran Əliyevdən "Satılır" qadağası ilə bağlı – AÇIQLAMA

23 Avq, 2017
16:15
9143

Kamran Əliyevdən "Satılır" qadağası ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində "Satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb.

Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz avtomobilini satması kommersiya fəaliyyəti hesab olunmadığından "Reklam haqqında" qanunun tələbləri ona şamil oluna bilməz.

Oxu.Az xəbər verir ki, "Yeni Müsavat”ın müxbiri mətbuatda gedən təndiqlər və müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxlayıb.

Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: "Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə, sadəcə, "Satılır” sözünün yazılması niyə qadağan olunmalıdır ki?.. Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri