16 
Okt
2017
09:21
8
84
2605
Virtual karabakh

Bakıda iki avtomobil toqquşdu, sürücü öldü

16 Okt, 2017
09:21
2605

Bakıda iki avtomobil toqquşdu, sürücü öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki avtomobilin toqquşması zamanı ölən olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Kürdəxanı-Pirşağı yolunda qeydə alınmış yol-nəqliyyat hadisəsində “Toyota” və “İj 2715” (Moskviç) markalı minik avtomobilləri toqquşub.

Avtoqəzanın yolötürücü dairədə baş verdiyi bildirilir. İlkin ehtimala görə, “Moskviç”in sürücüsü dairəyə daxil olarkən digər nəqliyyat vasitələrini gözləməyib və yüksək sürətlə hərəkət edən “Toyota” markalı avtomobilin qarşısına çıxıb.

Toqquşma nəticəsində “Moskviç”in sürücüsü 1963-cü il təvəllüdlü Hüseynov Tofiq Şahverdi oğlu dünyasını dəyişib, onun sərnişini 1970-ci il təvəllüdlü Babayev Mürsəl Xanlar oğlu isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərini Sabunçu polisi araşdırır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri