25 
İyn
2017
23:22
30
388
7740
Virtual karabakh

Tovuz rayonunda özünü qatarın altına atan qadının kimliyi məlum olub - YENİLƏNİB

25 İyn, 2017
23:22
7740

Tovuz rayonunda özünü qatarın altına atan qadının kimliyi məlum olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda özünü qatarın altına atan qadının kimliyi məlum olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, iyunun 25-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Tovuz rayonu, Qovlar şəhər sakini, 1967-ci il təvəllüdlü Tağıyeva Səlvinaz Qəhrəman qızı olduğu müəyyən edilib.

İlkin məlumata əsasən, onun psixoloji problemi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

www.oxu.az

***

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonun Qovlar kənd sakini, adı hələ ki, məlum olmayan 35-40 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri