10 
Yan
2017
17:58
100
1082
29544
Virtual karabakh

Mehman Hüseynov 200 manat cərimələnib – YENİLƏNİB + VİDEO

Blogger Mehman Hüseynov sərbəst buraxılıb.

Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.

12:08

Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. 

11:53

Blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az Report”-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.

E.Ə.
www.oxu.az

Digər Kriminal xəbərləri