24 
Yan
2017
09:19
32
194
36542
Virtual karabakh

Bakıda avtomobil atəşə tutulub

24 Yan, 2017
09:19
36542

Bakıda avtomobil atəşə tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda silahlı insident olub.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi “Renault” markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E.Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib.

E.Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S.Şahəliyev tutulub.

Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib. S.Şahəliyevin E.Eyvazova borcu olub. E.Eyvazov borcunu tələb etdiyi üçün S.Şahəliyev onu güllələyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri