25 
Fev
2017
16:27
28
272
4790
Virtual karabakh

Gödəkçəsinin cibində gizlətdiyi 18 min dolları gömrükdən keçirə bilmədi

25 Fev, 2017
16:27
4790

Gödəkçəsinin cibində gizlətdiyi 18 min dolları gömrükdən keçirə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Rusiya vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Nəticədə, vətəndaş gömrük nəzarətindən keçən zaman şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan etmədiyi 178 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 17800 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim etməli olub.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri