18 
Mar
2017
10:25
254
38
16878
yuxarı
Hacıqabulda əməliyyat: “Baron” həbs olundu – VİDEO
18 Mar, 2017
10:25
16878
254
38
Hacıqabulda əməliyyat: “Baron” həbs olundu – VİDEO
Hacıqabulda “Baron” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.
Oxu.Az XezerXeber.az-a istinadən məlumat verir ki, rayon Polis Şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub.
Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək