23 
Mar
2017
18:19
23
314
4153
Virtual karabakh

Şəmkirdə mübahisə zəminində 78 yaşlı qadın döyülüb

23 Mar, 2017
18:19
4153

Şəmkirdə mübahisə zəminində 78 yaşlı qadın döyülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə yaşlı qadın mübahisə zəminində döyülüb, onun vəziyyəti orta-ağırdır. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə günorta saatlarında, Şəmkir şəhərində baş verib. 

Rayon sakini, 1939-cu il təvəllüdlü Məmmədova Zəhra Əli qızı məlum olmayan səbəbdən tanıdığı şəxslə mübahisə edib və həmin şəxs tərəfindən döyülüb.

Yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılan yaşlı qadına dərhal tibbi yardım göstərilib. 

Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır. 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri