30 
Apr
2017
14:14
10
168
4498
Virtual karabakh

Baş Prokurorluqdan məhbusun intiharı ilə bağlı – AÇIQLAMA

30 Apr, 2017
14:14
4498

Baş Prokurorluqdan məhbusun intiharı ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Qələndərov Mehman Hüseyn oğlunun intihar etməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həmin faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, M. Qələndərov aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib. Onun barəsində Nəsimi məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. M. Qələndərov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri