19 
May
2017
08:32
23
194
3501
Virtual karabakh

Bakıda gənc qadın əri tərəfindən döyülərək bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 21-də qeydə alınıb.

Belə ki, 27 yaşlı Rəhimova Aynur Şöhrəddin qızı mübahisə zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən bir gün əvvəl A.Rəhimova əri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib, müayinə olunduqdan sonra isə evə buraxılıb.

A.S.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Kriminal xəbərləri