19 
May
2017
19:28
100
412
30207
Virtual karabakh

Bakıda 25 yaşlı qadın döyülüb və zorlanıb

19 May, 2017
19:28
30207

Bakıda 25 yaşlı qadın döyülüb və zorlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 25 yaşlı qadın cinsi təcavüzə məruz qalması barədə polisə şikayət edib.  

Oxu.Az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Polisə şikayət edən şəxs Binə qəsəbəsindəki Südçülük Sovxozunda yaşayır. O bildirib ki, həftənin dördüncü günü (mayın 18-də) eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb. 

Zərərçəkmişin sözlərinə görə, qırx yaşlı kişi əvvəlcə onu döyüb, sonra isə təcavüz edib. 

Faktla bağlı hələlik heç kəs saxlanılmayıb. Polis cinayətdə şübhəli bilinən şəxs ətrafında araşdırma aparır.

Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq Bakıda daha iki zorlama faktı qeydə alınıb və onlardan birinin üstü açılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri