20 
May
2017
14:56
237
45
9391
Virtual karabakh

Ər-arvadı şantaj edib, 31 min pul alan şəxslər ələ keçdi

20 May, 2017
14:56
9391

Ər-arvadı şantaj edib, 31 min pul alan şəxslər ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda ər-arvadı şantajla hədələyib pul almaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.

Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri