24 
May
2017
15:41
172
44
8498
Virtual karabakh

“Lotu Yusif”ə 17 il həbs cəzası verildi

24 May, 2017
15:41
8498

“Lotu Yusif”ə 17 il həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 uşaq atası olan qohumunu öldürməkdə və avtomobil qaçırmaqda təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hökm oxunub.

Hakim bildirib ki, avtomobil qaçırma epizodu üzrə zərərçəkən Şövkət İbrahimov prosesə gəlməyib.

Sonra şahidlər - Valeh Çıraqmuğanlı, Pənah Rüstəmov və Elçin Babayev ifadə veriblər.

P.Rüstəmov deyib ki, hadisə günü küçədə evinin yanında dayandığı zaman Yusif Babayev onun yanına gəlib: “Dedi ki, gedək, çay içək. Əlində bıçaq var idi, amma bıçaqda qan yox idi. Çay içəndə dedi ki, Ramizi vurmuşam”.

Zərərçəkən Şövkət İbrahimovun istintaqa ifadəsi elan olunub. O, taksi fəaliyyəti ilə məşğul olduğunu deyib: “Xaçmazdan Qubaya müştəri aparırdım, Qubada avtomobili saxlayıb marketə girdim. Dükanda olanda sərnişinlərdən biri qışqırdı ki, nəqliyyat vasitəni apardılar. Sonra bildim ki, Yusif Babayev avtomobili qaçırıb”.

Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış edərək Y.Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 4 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Təqsirləndirilən Y.Babayev son sözlə çıxış edərək deyib ki, avtomobili oğurlamayıb: “Sadəcə sürüb getmişəm, nəqliyyat vasitəsindən də heç nə götürməmişəm. Ramizi də qəsdən öldürmədim. İçmişdim, özümü idarə edə bilmirdim. Mənim üstümə bıçaq çəkmişdi, onu qorxutmaq istəyirdim. Dayım nəvəsi idi, peşmanam”.

Y.Babayevin vəkili deyib ki, müdafiə etdiyi şəxsin psixoloji problemləri olub və buna görə psixi müalicə alıb.

Məhkəmə kollegiyasının hökmü ilə Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Kənd sakinləri məhkəmədə şahid qismində ifadə verərkən Y.Babayevin kənddə çay qırağında bıçaqla divarlara “Lotu Yusif”, “Hamı məndən qorxsun” yazıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin noyabr ayında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov 3 uşaq atasıdır.

Y.Babayev qətli törətdikdən sonra avtomobil qaçırıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri