25 
May
2017
18:56
28
188
4876
Virtual karabakh

Naftalanda cəbbəxana aşkarlanıb

25 May, 2017
18:56
4876

Naftalanda cəbbəxana aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan daxili işlər orqanları əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə ərazidəki fermalardan birində silah-sursat saxlanılması barədə məlumat daxil olub.

Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova məxsus, biri-birinin yaxınlığında yerləşən iki fermaya polis əməkdaşları tərəfindən baxış keçirilib. Nəticədə hər iki tikilinin ərazisindən xeyli miqdarda silah-sursat - 3 ədəd “TOZ-8”, 3 ədəd “İJ-16” markalı tüfənglər, 1 ədəd “RQD-5”, 1 ədəd “F-1” qumbaraları, 1 ədəd patron darağı, 1 süngü bıçaq və 462 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib. Məlum olub ki, o, həmin tüfənglərdən yalnız birini ov silahı kimi qeydiyyatdan keçirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri