25 
May
2017
23:18
136
57
6117
Virtual karabakh

Bakıda noutbuk oğruları kameraya düşdülər – VİDEO

25 May, 2017
23:18
6117

Bakıda noutbuk oğruları kameraya düşdülər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonu Fətəli Xan Xoyski prospektində, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən turizm şirkətinin ofisindən oğurluq olub. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, günorta saatlarında baş verən hadisə kameraya düşüb.

Xaricə istirahətə getmək adı ilə turizm agentliyinin ofisinə daxil olaraq oradakı xanım işçidən xarici turlarla maraqlanıb. Həmin vaxt onun əlbir olduğu digər şəxs ofisdən noutbuku götürüb aradan çıxıb.

Zərərçəkmişlər hadisədən təxminən 2-3 saat sonra xəbər tutublar.

Aynur Kərimlinin sözlərinə görə, onlara təxminən min manata yaxın ziyan dəyib. Ancaq əsas olan yenə noutbuk yox, yaddaşındakı məlumat və proqramlardır.

Hadisə yerinə gələn polis təhlükəsizlik kameralarına düşən görüntülər əsasında həmin şəxslərin axtarışına başlayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri