20 
İyn
2017
18:16
20
135
2595
Virtual karabakh

Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb

20 İyn, 2017
18:16
2595

Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Məzahir Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən Əfqan Muxtarlının vəsatəti təmin edilməyib və o, həbsdə qalıb.

Rəsmi məlumata görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri