31 
May
2017
11:52
15
103
10594
Virtual karabakh

Prokurorluq Əfqan Muxtarlının saxlanılması ilə bağlı məlumat yayıb

31 May, 2017
11:52
10594

Prokurorluq Əfqan Muxtarlının saxlanılması ilə bağlı məlumat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri