26 
İyl
2017
23:02
88
228
6919
Virtual karabakh

Bakıda qısqanc qardaş bacısına 13 bıçaq zərbəsi endirib

26 İyl, 2017
23:02
6919

Bakıda qısqanc qardaş bacısına 13 bıçaq zərbəsi endirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Əliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub.

Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb. Onun adı hələlik açıqlanmır.

Nizami RPİ-dən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri