27 
İyl
2017
19:55
49
239
6537
Virtual karabakh

Nənəsinin yas mərasimində oğurluq edən şəxs yaxalandı – VİDEO

27 İyl, 2017
19:55
6537

Nənəsinin yas mərasimində oğurluq edən şəxs yaxalandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yas mərasiminə gələnlərdən birinin cibindən telefonu götürən şəxsi Göygöl polisi elə rayon ərazisində saxlayıb.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, istintaq yolu ilə müəyyən edilib ki, həmin şəxs “qənimətini” Gəncə şəhərində tanımadığı şəxsə satıb.

Həsrət Fərəcovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun Göygöllə yanaşı, qonşu rayonlarda da analoji cinayətlər törətdiyi məlum olub.

“Nənəmin hüzr yerinə getmişdim. Qohumlarımızda orada idilər. Onlardan birinin telefonunu oğurladım. Aparıb Gəncə şəhərində 70 manata satmışam”, - saxlanılan şəxs deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri