22 
Sen
2017
16:10
80
33
10677
Virtual karabakh

Məşhur mağazalar şəbəkəsinin sabiq rəhbəri barədə CİNAYƏT İŞİ

22 Sen, 2017
16:10
10677

Məşhur mağazalar şəbəkəsinin sabiq rəhbəri barədə CİNAYƏT İŞİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur parfümeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”-ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

 Binəqədi Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 Xatırladaq ki, İ. İsmayılov bu ilin yanvarında vəzifəsindən istefa verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri