16 
Okt
2017
12:30
17
189
8622
Virtual karabakh

Bakıda dostlar bir-birini bıçaqladı – TƏFƏRRÜAT – VİDEO + YENİLƏNİB

16 Okt, 2017
12:30
8622

Bakıda dostlar bir-birini bıçaqladı – TƏFƏRRÜAT – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bir-birini bıçaqlayan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Dünənki davanın səbəbinə gəlincə, tanışlar arasında binanın qarşısında başlayan mübahisə daha sonra onların bıçaq götürərək bir-birinə hücum etməsi ilə nəticələnib. Bu zaman həm Vüqar Həsənov, həm də Elşən Məmmədov kəsilmiş deşilmiş xəsarətlər alıb. Lakin E.Məmmədovun qara ciyəri zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

08:38

Paytaxtda qətl törədilib. Qanlı insident Bakının Xətai rayonu ərazisində baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında adı istintaqla dəqiqləşdirilən bir nəfərlə mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs “söhbətin aydınlaşdırılması”na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib.

Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb. Cinayətin istintaqını rayon prokurorluğu araşdırır.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri