20 
Okt
2017
09:33
9
119
4221
Virtual karabakh

Səbaildə qan töküldü

20 Okt, 2017
09:33
4221

Səbaildə qan töküldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda,  "Qurman" restoranının qarşısında gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Salyan şosesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.

Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri