20 
Okt
2017
22:59
184
116
10917
Virtual karabakh

Şəmkirdə bacısını oğlanla görən gənc qətl törətdi

20 Okt, 2017
22:59
10917

Şəmkirdə bacısını oğlanla görən gənc qətl törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri