22 
Okt
2017
18:12
46
166
5711
Virtual karabakh

Mingəçevirdə 34 yaşlı kişini bıçaqladılar

22 Okt, 2017
18:12
5711

Mingəçevirdə 34 yaşlı kişini bıçaqladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Pərviz Məmmədov işlədiyi bərbərxananın yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Eldar adlı şəxs saxlanılıb.

Saxlanılan şəxs polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, P. Məmmədovun iki dəfə onun həyat yoldaşına zəng etdiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri