23 
Okt
2017
14:11
89
62
9730
Virtual karabakh

Qaçan dustaqlardan digəri də kriminal şəxs olub

23 Okt, 2017
14:11
9730

Qaçan dustaqlardan digəri də kriminal şəxs olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidməti iki məhkumun qaçması xəbərini təsdiqlədikdən sonra şəxslər barədə bəzi təfərrüatlar məlum olub.

Oxu.Az Modern-ə istinadən xəbər verir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Ələkbər oğlu Məmmədov qəsdən adam öldürmədə (Maddə 120) təqsirləndirilir.

E.Məmmədovun əvvəllər tərbiyə müəssisəsində cəza çəkdiyi bildirilir. Ən ilginc olanı isə, E.Məmmədovun 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunmasıdır. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir. O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri