12 
Noy
2018
12:17
31
428
19902
Virtual karabakh

“Cin çıxarma” adı ilə ruhi xəstəni döyüb öldürdülər - YENİLƏNİB + VİDEO

12 Noy, 2018
12:17
19902

“Cin çıxarma” adı ilə ruhi xəstəni döyüb öldürdülər - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Şabran rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər. 

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə  nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Eyni zamanda, keçirilən tədbirlərlə, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan bir ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

10:49

Şabran rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində müxtəlif xəsarətlər olan meyiti yaşadığı Alı Mustafayev küçəsi, ev 19 ünvanındakı kirayə evdə aşkarlanıb.

Polis əməkdaşlarının araşdırması zamanı müəyyən edilib ki, Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu “cin çıxarma” müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.

Murad Soltanov aldığı xəsarətlərdən ölüb.

Baş verən hadisə ilə bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri