20 
Noy
2018
18:57
103
15
2547
Virtual karabakh

“Saxta” agentlik əməkdaşı məhkəmədə ifadə verdi

20 Noy, 2018
18:57
2547

“Saxta” agentlik əməkdaşı məhkəmədə ifadə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. 

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü qismən təqsirli bilib. 

E.Rzayev sərbəst ifadəsində söyləyib ki, yalnız üç epizodda iştirak edib və özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib. O deyib ki, daha əvvəl Sahibkarlıq Hüquq Cəmiyyətində çalışıb:

“Bizdə həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Mən orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhmət haqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Biz daha əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə, agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi”. 

Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri