Kürəkənini “kislota” ilə yandıran qayınana məhkəmə qarşısında
Kürəkənini “kislota” ilə yandıran qayınana məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini “kislota” ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 7-nə təyin edilib.
Qeyd edək ki, K.Əsəsdova bu ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağali oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu “kislota” ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Zərərçəkən ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, 2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurub və onu Oğuza aparıb:
“Oğuz rayonunda davasız-problemsiz yaşamışıq”.
K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Etibar Məmmədov
www.oxu.az
Oxu.Az yeniləndi!