Vəzifəli şəxsin qardaşına qarşı dələduzluq edənə cəza istənildi
Vəzifəli şəxsin qardaşına qarşı dələduzluq edənə cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.
Sonra prokuror çıxış edib. O, çıxışında İlham Xıdırovun 10 il, N.Mustafayevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb. Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilməyib, o, hazırda azadlıqdadır.
Zərərçəkmişlərdən biri Elxan Muradlıdır. Onun qardaşı Etibar Muradov Nəsimi Rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir. E.Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.
Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 min dollar, Tamilla Əliyevadan 28 min dollar almaqla dələduzluq ediblər.
Etibar Məmmədov